Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyəti üzvlərinin Amerika səfəri baş tutmaya bilər

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyəti üzvlərinin Amerika səfəri baş tutmaya bilər
# 05 aprel 2012 09:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyəti üzvlərinin Amerika səfəri baş tutmaya bilər. Ola bilər ki, ABŞ-da keçirilməsi gözlənilən görüşlərdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev hərəkatı tək təmsil etsin”. Bu açıqlamanı APA-ya hərəkatın İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O deyib ki, İdarə Heyəti üzvləri arasında ABŞ-a getməyə hələlik yalnız Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev razılıq verib: “Digərləri hələlik mövqelərini dəqiqləşdirməyiblər. Bəziləri isə getmək niyyətində olmadıqlarını söyləyiblər”.

Ə. Oruc səfərin məqsədi haqqında da danışıb: “Əgər səfər həyata keçirilərsə, İdarə Heyəti üzvlərinin ABŞ-da müxtəlif təyinatlı görüşləri planlaşdırılır. ABŞ Konqresinin komissiyalarının birində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Məqsədimiz 2013-cü ildə Azərbaycanda keçiriləcək seçkilərə qədər olan müddətdə ölkədə demokratik seçki qanunvericiliyinin tətbiqinə dəstəyi gücləndirməkdir”.

Qeyd edək ki, hərəkatda KXCP, Aydınlar, Açıq Cəmiyyət, Liberal-Demokrat və Azadlıq partiyaları təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR