Çin nadir metallar istehsalı sahəsində vahid assosiasiya yaradıb

Çin nadir metallar istehsalı sahəsində vahid assosiasiya yaradıb
# 09 aprel 2012 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. Çin hökuməti nadir metallar istehsalı sahəsində vahid assosiasiyanın yaradıldığını elan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, hökumət bununla son vaxtlar ixrac kvotalarının müəyyənləşdirilməsi səbəbindən xaricdən tənqidlərə məruz qalan bu sahədə konsolidasiya yaratmaq niyyətindədir.

Assosiasiyanın 155 üzvü var ki, onlardan da 13-ü iri korporasiyalardır. Hökumətin planlarına əsasən, kiçik istehsalçılar tədricən iri şirkətlərin tərkibinə daxil olacaq ki, bu da nadir metallar istehsalına investisiyaları artıracaq və ətraf mühitin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdıracaq.

Qeyd edək ki, nadir metallar istehsalı sahəsində Çinin payı dünya üzrə 97% təşkil edir. Bu metallara elektronika və hərbi məhsulların istehsalında, eləcə də bərpa olunan enerji mənbələri ilə işləyən energetika sahəsində böyük tələbat var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR