Azərbaycanın Balakən rayonunda 58 yaşlı qadının istixanada narkotik bitki becərdiyi aşkar edilib

Azərbaycanın Balakən rayonunda 58 yaşlı qadının istixanada narkotik bitki becərdiyi aşkar edilib
# 12 aprel 2012 07:01 (UTC +04:00)
Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları narkotik tərkibli bitkilərin becərdilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Qabaqçöl qəsəbəsi Meşəşanbul kənd sakini, 1954-cü il təvəllüdlü Bazarova Fatma Sədrəddin qızının evinin həyətyanı sahəsində axtarış aparılıb. F. Bazarovanın həyətyanı sahəsində düzəldilmiş istixanaya baxış keçirilən zaman istixanada 90 ədəd dibçəkdə əkilmiş, hündürlüyü 6-10 sm olan narkotik tərkibli bitki hesab edilən marixuananın şitili aşkar edilib.

İstixanada xüsusi üsulla becərilən narkotik tərkibli bitki maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR