Cahangir Cahangirov adına Xorun yeni diskinin təqdimatı olub
12 iyun 2012 13:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Televiziyasının Cahangir Cahangirov adına Xorunun yeni diskinin təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır: "1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Bununla yanaşı, o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb".
Cahangir Cahangirov adına Xorun bədii rəhbəri Şəhla Ələkbərova isə vurğulayıb ki, diskdə dünya klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri yer alıb: "Cahangirov yaradıcılığının əsas hissəsini təşkil edən xor əsərləri Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. Onun musiqisi üçün nikbinlik, axıcı melodika səciyyəvidir. Lirik mahnı janrının, eləcə də opera və instrumental musiqisinin inkişafında da Cahangirovun xidməti əvəzsizdir".
Tədbirin davamında gənc vokalçı Ramil Qasımovun ifası marağa səbəb olub. Bunun ardınca isə xorun ifasında diskdə yer alan mahnılar səslənib.

İncəsənət
Bakıda Tacikistan mədəniyyəti günlərinin açılış mərasimi keçirilib - FOTO
19:48
20 may 2024
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024