Xaçmazda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Xaçmazda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 13 iyun 2012 14:45 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün günorta saatlarında Gəndob-Yalama yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Xudat şəhəri istiqamətində hərəkət edən Xaçmaz rayonu, Yeni Həyat kənd sakini Fərman Rahmanoviçin idarə etdiyi 90 FC 873 dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən Gəncə şəhər sakini Qafar Məmmədovun idarə etdiyi yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Xaçmaz rayon, Yeni həyat kənd sakinləri 52 yaşlı Çapay Dəmirov və 56 yaşlı Knyaz Müslümov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR