Azərbaycanda baş vermiş yol qəzalarında iki azyaşlı uşaq ölüb, biri yaralanıb

Azərbaycanda baş vermiş yol qəzalarında iki azyaşlı uşaq ölüb, biri yaralanıb
# 23 iyun 2012 10:05 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, şəhər sakini Roman Əliyev "VAZ-2104" markalı avtomaşını idarə edərkən 4 yaşlı Ayan Şəmsiyevanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Suraxanı rayonunda isə Bakı şəhər sakini Zamik Atayev "Toyota" markalı avtomaşını idarə edərkən yolu keçən 6 yaşlı Aygün Vəliyevanı və 4 yaşlı Zəhra Əliyevanı vurub. Nəticədə xəsarət almış hər iki azyaşlı xəstəxanaya yerləşdirilib. Zəhra orada ölüb, Aygünün vəziyyəti isə orta-ağırdır.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR