Daha dörd rayonda aztəminatlı ailələr “Özünədəstək” proqramına cəlb olunub

Daha dörd rayonda aztəminatlı ailələr “Özünədəstək” proqramına cəlb olunub
# 18 iyul 2012 11:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Ağstafa, Qazax, Tovuz və Daşkəsən rayonlarında “Özünədəstək” - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunan 60 aztəminatlı ailə (hər rayon üzrə 15 ailə) ilə “Sosial müqavilə”lər imzalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ağstafa rayonunda keçirilən tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bu proqramın aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına müsbət təsir göstərdiyini deyib.
Tədbirdə aztəminatlı ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması barədə izahatlar verilib.

Qeyd edək ki, bu vaxtadək Tovuz, Masallı, Xaçmaz, İsmayıllı, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində «Özünədəstək» proqramı icra olunub və layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur. Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR