Meksikada baş verən avtobus qəzasında ölənlərin sayı 26-ya çatıb

Meksikada baş verən avtobus qəzasında ölənlərin sayı 26-ya çatıb
# 21 iyul 2012 01:53 (UTC +04:00)
Bakı-APA. Meksikada baş vermiş avtobus qəzasında ölənlərin sayı 26-ya çatıb, 27 nəfər isə yaralanıb. Daha öncə 21 nəfərin həlak olduğu bildirilirdi. Yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının daha da artacağı istisna olunmur.

Hadisə avtobusun dərəyə yuvarlanması nəticəsində baş verib.

Avtobus ölkənin şimalındakı Çixuaxua əyalətindən Nayarit əyalətinin Quayabitos sahilinə turist daşıyırmış.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR