İran Suriyada iqtidarla müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib

İran Suriyada iqtidarla müxalifət arasında vasitəçiliyə hazır olduğunu bəyan edib
# 25 iyul 2012 16:17 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu bəyanatla İranın xarici işlər naziri Əli Əkbər Salehi çıxış edib.

Onun sözlərinə görə, hazırda Suriyada vəziyyət stabilləşməyə doğru gedir: “Suriya xalqının düşmənləri paytaxt Dəməşqdə törədilən partlayışdan sonra belə hesab edirdilər ki, bu ölkənin idarəçilik sistemində boşluq yaranıb. Lakin onlar məğlub oldular. Belə ki, hazırda Suriyada hökm sürən vəziyyət elədir ki, ordu tədricən müxalif silahlılara qalib gəlir”.

Ə. Salehi deyib ki, hazırda Suriyada iki müxalif qruplaşma var: “Bu qruplaşmanın biri demokratik tələblər irəli sürür ki, onların bu istəkləri diqqət mərkəzində saxlanmalı və onlara önəm verilməlidir. Lakin ikinci qrup Qərb dövlətləri və digər ölkələrin köməyi ilə Suriyaya silah idxal edir. Bəşər Əsəd hökumətinin devrilməsinə zəmin yaratmaq məqsədilə vətəndaş müharibəsinə şərait yaratmaq onların əsas məqsədini təşkil edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR