Azərbaycanda Əfqanıstan vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub

Azərbaycanda Əfqanıstan vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub
# 11 avqust 2012 10:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda Əfqanıstan vətəndaşına məxsus avtomobili qaçıran şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 7-də Bakının Nizami rayonu ərazisindən Əfqanıstan vətəndaşı Qulaməkbər Muhəmmədiyə məxsus qaçırılmış "Opel Vectra" markalı avtomaşın Astara şəhərində tapılıb. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Astara şəhər sakinləri Rəşad Axundov və Aygün Əliyeva tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR