Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir
# 25 avqust 2012 08:40 (UTC +04:00)
Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 26-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Avqustun 26-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR