Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək
# 02 oktyabr 2012 12:30 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgi-satış yarmarkası Nərimanov rayonu ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kinoteatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında keçiriləcək. Sərgi-satış yarmarkasının açılışı oktyabrın 17-də saat 12-də olacaq.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon İcra hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunacaqlar.

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlaılacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaq. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.

Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcək: elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi əhalini yarmarkaya qatılmağa dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR