Çində 18 şagirdin cəsədi palçığın altından çıxarılıb

Çində 18 şagirdin cəsədi palçığın altından çıxarılıb
# 05 oktyabr 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Cənubi Çində torpaq sürüşməsinin altında qalmış 18 şagirdin cəsədi tapılıb.

Dünən Yunnan əyalətinin İlyan mahalının Çjenxe kəndi yaxınlığında torpaq sürüşməsi baş verib. 10 min kubmetrdən artıq palçıq və daş kənd ibtidai məktəbinin binasını məhv ediblər. Nəticədə məktəbin yerində 7 metr dərinlikdə palçıq gölü əmələ gəlib. Üçüncü və beşinci siniflərdə oxuyan 18 şagird də palçığın altında qalıb. Onların hamısının cəsədləri palçığın altından çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR