Azərbaycan, Almaniya, Rusiya və Gürcüstanın opera ifaçıları “Traviata” operasında birgə çıxış edəcəklər

Azərbaycan, Almaniya, Rusiya və Gürcüstanın opera ifaçıları “Traviata” operasında birgə çıxış edəcəklər
# 18 oktyabr 2012 14:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində italyan və dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr rəhbərliyi “Travita”ya Almaniya, Rusiya və Gürcüstanlı sənətçiləri dəvət edib. Bildirilir ki, tanınmış ulduzların iştirakı ilə keçirilən tamaşalar böyük tamaşaçı auditoriyası toplamaqla yanaşı, teatrın sənətçiləri üçün də özünəməxsus ustad dərsi rolunu oynayır.

Oktyabrın 28-də “Traviata” operasını Qut-İmmlinq Opera sənəti festivalının bədii rəhbəri də baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcək. Alfred rolunda Rusiyanın əməkdar artisti, Rusiya Akademik Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Qubski, Jermon rolunda Gürcüstanın xalq artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin laureatı Besik Qabitaşvili, əsas partiyalardan biri – Violetta rolunda isə Teatrımızın gənc və istedadlı vokalçısı Afaq Abbasova çıxış edəcək.

Tamaşada həmçinin Azərbaycanın xalq artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d Obinyi) və əməkdar artist Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR