Şimali Osetiyada polis məntəqəsi partladılıb

Şimali Osetiyada polis məntəqəsi partladılıb
# 23 oktyabr 2012 04:49 (UTC +04:00)
Bakı-APA. Rusiya Şimali Osetiya respublikasında polis məntəqəsi partladılıb. Hadisə Şimali Osetiya – İnquşetiya sərhədində baş verib. Partlayış VAZ-2109 avtomobili vasitəsilə həyata keçirilib. İnsident nəticəsində 1 polis nəfəri həlak olub, 3 nəfər isə yaralanıb. Rusiya DİN-in məlumatında hadisənin terrorçu-kamikadze tərəfindən törədilməsi ehtimalının da nəzərdən keçirildiyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR