ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “ABŞ və İsrail birgə hərbi manevr keçirəcək”

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “ABŞ və İsrail birgə hərbi manevr keçirəcək”
# 02 iyul 2012 11:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ və İsrail birgə hərbi manevr keçirəcək. APA-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Martin Dempsey bildirib. Onun sözlərinə görə, hərbi təlim bu ilin payızında, yəni sentyabr və ya oktyabr ayında olacaq.

Qeyd edək ki, hərbi manevr İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra Tehranın mümkün raket hücumuna qarşı hazırlıq məqsədi daşıyır. Təlimə 3 min ABŞ əsgəri və minə yaxın İsrail hərbçisi qatılacaq. Bundan əlavə, müttəfiq ölkələrin də 10 minə yaxın hərbçisinin manevrə qatılacağı bildirilir. Təlimdə İsrail “XES-2” yenilənmiş raket əleyhinə müdafiə kompleksinin, ABŞ isə Aegis BMD və “Patriot” (PAC-3) raket əleyhinə müdafiə kompleksinin ballistik raketlərdən müdafiə sistemini nümayiş etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR