Bakıda qətl törədən şəxs həbs edilib

Bakıda qətl törədən şəxs həbs edilib
# 11 iyul 2012 12:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında qətl törədən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, iyulun 10-da Atatürk prospekti, ev 41, mənzil 90 ünvanında Bakı şəhər sakini 23 yaşlı Yadigar Muxtarov qısqanclıq zəminində, həmin ünvanda yaşayan, 45 yaşlı Əhəd Kərimovu bıçaqlayıb. Ə. Kərimov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Y. Muxtarov qaçıb.

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Y. Muxtarov bu gün tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR