Azərbaycan meteoroloqları hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan meteoroloqları hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı barədə xəbərdarlıq ediblər
# 31 may 2012 10:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Gecə 16-21, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 01-də əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsüm üçün səciyyəvi olan temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, iyunun 1-i axşam və iyunun 2-də atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR