Qəbələdə Respublika Ağsaqqallar Şurasının müşavirəsi keçirilib

Qəbələdə Respublika Ağsaqqallar Şurasının müşavirəsi keçirilib
# 31 mart 2012 18:36 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirədə Respublika Ağsaqqallar Şurasının Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qax, Mingəçevir şöbələrinin sədrləri, üzvləri ilə yanaşı bölgənin fəal gəncləri də iştirak ediblər.

Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, millət vəkili Fəttah Heydərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirdə çıxış ediblər.

Çıxışçılar ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı rolundan, onların zəngin həyat təcrübəsinin gənc nəslə örnək olmasından danışıblar. Onlar ağsaqqalların bölgələrin ictimai-mədəni həyatında rolunun artırılmasının əhəmiyyətini vurğulamaqla yanaşı, gənclərlə işin günləndirilməsinin də zəruriliyini qeyd ediblər.

Şuranın rayon şöbələrinin rəhbərləri hesabat çıxışları ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR