Kürdəmirdə 3 yanğın hadisəsi baş verib

Kürdəmirdə 3 yanğın hadisəsi baş verib
# 14 avqust 2012 08:32 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda 3 yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə hadisə rayonun Qarabucaq, Bala Kəngərli və Şahsevən kəndlərində qeydə alınıb. Qarabucaq kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Faiq Binyətova məxsus iri və xırda buynuzlu mal-qaranın saxlanıldığı 2 ferma və 3 çoban evi yanıb. Hadisə yerinə rayon yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Ümumi sahəsi 349 kvadratmetr olan tikililərin 221 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb.

Bundan əlavə, rayonun Bala Kəngərli kəndində 3.5, Şahsevən kəndində isə 5 hektar ərazidə quru ot, kol-kos və xırda ağaclar yanıb. Hər iki hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib və alovun yayılmasının qarşısı alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR