Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonunda baş verən yanğınlar barədə məlumat yayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonunda baş verən yanğınlar barədə məlumat yayıb
# 03 aprel 2012 09:53 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Müqtədir qəsəbəsində dəniz kənarında 5 ha sahədə qamışlıq, Qadaşoba və Ağarəhimoba kəndlərinin ərazisində 12 ha sahədə kol-kos yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rayonun Müşkür kəndində isə (rayon mərkəzindən 8 km aralı) 2 ha sahədə kol-kos və 40 ədəd meşə ağacı yanıb. Yaxınlıqda yerləşən meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR