İran İstanbul müzakirələrində ABŞ-la təkbətək görüşdən imtina edib

İran İstanbul müzakirələrində ABŞ-la təkbətək görüşdən imtina edib
# 15 aprel 2012 20:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ABŞ-ın təkbətək görüş keçirmək təklifini rədd edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, İranla “altılıq” ölkələri arasında aprelin 14-də İstanbulda keçirilən müzakirələr çərçivəsində ABŞ İranla təkbətək görüş keçirmək istəyib. Lakin İran nümayəndə heyəti bu təklifi qəbul etməyib.

Qeyd edək ki, İranla ABŞ arasında birbaşa diplomatik əlaqələr yoxdur. Tehranda ABŞ-ın maraqlarını İsveçrə təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR