Tatarıstan müftisinə sui-qəsdin təşkilatçıları həbs olunub

Tatarıstan müftisinə sui-qəsdin təşkilatçıları həbs olunub
# 20 iyul 2012 08:36 (UTC +04:00)
Bakı-APA. Tatarıstan müfitisi İldus Fayzova sui-qəsddə, müavini Vəliulla Yakupovun isə qətlə yetirilməsində şübhəli bilinən dörd nəfər həbs olunub. APA-nın məlumatına görə, Rusiya Federasiyası Təhqiqat Komitəsi saxlanan şəxslərin adlarını açıqlayıb. Bunlar “İdel-Həcc” şirkətinin Direktorlar Şurasının sədri Rüstəm Qataullin, “Vəqf” ibadətxanasının rəhbəri Murat Qalleyev və Tararıstan vətəndaşları Ayrat Şakirov və Azad Qaynuttinovdur. Radikal islamşı qruplaşmaların üzvü olan daha iki nəfər haqqında isə axtarış elan olunub.

İstintaqın versiyasına görə, müfti və müavininə qarşı sui-qəsd son zamanlar Tatarıstanda aktivləşməyə başlayan vəhhabilər tərəfindən törədilib. Fayzov radikal islama qarşı olduğuna görə, son zamanlar tez-tez hədələnirmiş. “Kommersant” isə hadisənin Həcc ziyarətinin təşkilinə nəzarəti ələ keçirmək uğrunda mübarizənin nəticəsi olduğunu istisna etmir. Bu günlərdə kütləvi informasiya vasitələrində Fayzovu Həcc ziyarətini qazanc mənbəyinə çevirməkdə ittiham edən açıq məktub dərc olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR