ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir

ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir
# 24 fevral 2012 08:51 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, sessiyada üzv ölkələrdən 250-yə yaxın parlamentar iştirak edir.

Toplantının açılışında ATƏT PA-nın sədri Petros Eftimiu, ATƏT-in baş katibi Lamberto Zannier, Avstriya parlamentinin sədri Barbara Prammer çıxış ediblər.

Sessiya çərçivəsində fevralın 24-də “ATƏT məkanında adi silahlar üzrəində nəzarətin gələcəyi” adlı debat keçiriləcək. Debatda ABŞ və Rusiyadan olan ekspertlər iştirak edəcəklər.

Sessiyaya Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR