Türkmənistan səfiri Azərbaycanın xarici işlər nazirinə təşəkkür məktubu göndərib

Türkmənistan səfiri Azərbaycanın xarici işlər nazirinə təşəkkür məktubu göndərib
# 13 iyul 2012 09:37 (UTC +04:00)
Bakı-APA. Türkmənistan səfiri Toylı Komekov Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Türkmənistanın Azərbaycandakı səfirliyi və “Azmeko” şirkətinin dəstəyi ilə “Letterpress” nəşriyyat evi tərəfindən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun çıxış və müsahibələrindən ibarət “Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” adlı 2 cildlik nəşrin çapına göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkür ifadə olunub.

Türkmənistan tərəfinin məktubunda sözügedən kitabın dost və qardaş dövlət olan Azərbaycanda nəşr edilməsinin Türkmənistanda böyük rəğbətlə qarşılandığı və bu hadisənin Azərbaycan xalqının Türkmənistan xalqına olan əsl dostluq münasibətlərinin bariz nümunəsi olduğu qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR