Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib - FOTOSESSİYA

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2012 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, qurultayda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Şuranın müstəqil Azərbaycanda yeni gənclər platforması olduğunu deyib: “Şura 9 təşkilatın təşəbbüsü ilə yaradılsa da, hazırda 70-dən çox təşkilatı özündə birləşdirir. Şura gənclər siyasəti sahəsində ilk konfederativ təşkilatdır”.

Hazırda Azərbaycanda 220-dən artıq gənclər təşkilatının olduğunu deyən A.Rəhimov bildirib ki, son illər ölkədə gənclər siyasəti sahəsində islahatlar baş verir: “Ölkədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı qəbul olunub, Azərbaycan Gənclər Fondu yaradılıb. Son illər müasir Azərbaycanda gedən proseslərdə gənclərin rolu böyüyür. Bu onun sübutudur ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır”.

Tədbirdə çıxış edən Prezident Administrasiyası siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov ölkə gəncliyinin inkişafı kontekstində Milli Şuranı Azərbaycan gəncliyi üçün məktəb adlandırıb. O, qurumun rəhbərliyində təmsil olunan şəxslərin bu gün hökumət və dövlət qurumlarında, o cümlədən parlamentdə təmsil olunduqlarını qeyd edib: “Milli Şuraya ölkə başçısının dəstəyi olub və olacaqdır. İnanırıq ki, yeni seçilən heyət Milli Şurada aparılan bu işi davam etdirəcək. İkinci məqsəd Milli Şuranın üzvlərinin sayının artırılması və səmərəliliyinin yüksəldilməsidir”.

Şuranın sədri Fuad Muradov bildirib ki, ötən müddət ərzində Şura təkcə Azərbaycanda deyil, Avropada da tanınan təşkilata çevrilib. O, Şuranın uğurlu fəaliyyətinə göstərdiyi dəstəyə görə ölkə prezidentinə, gənclər və idman nazirinə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov isə çıxışında bu qurumda fəaliyyət göstərdiyi illərlə bağlı xatirələrini xatırlayıb. O deyib ki, Milli Şura postsovet ölkələri arasında bu istiqamətdə fəaliyyət göstərən ilk təşkilatlardan biri olub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şuranın beynəlxalq əlaqələrinin inkişaf etdiyini, ölkə daxilində böyük təcrübəyə malik olduğunu söyləyib.

Şuranın keçmiş sədri Əkrəm Abdullayev adıçəkilən qurumu gəncləri birləşdirən ev adlandırıb.

Sonra sədrliyə namizədlər Mirhəsən Seyidov, Şahin Seyidzadə və səhhətində problem yaranan Gülsel Səfərovanın səlahiyyətli nümayəndəsi çıxış edib. Daha sonra Şuranın ötən dövr ərzində gördüyü işlər haqqında hesabat dinlənilib. Qurultayda Şuranın sədri, sədr müavinləri, İdarə Heyətinin və mərkəzi nəzarət təftiş komissiyasının üzvləri səsvermə yolu ilə seçilib.

Milli Şuranın sədri vəzifəsinə Şahin Seyidzadə seçilib. Daha sonra yeni sədr çıxış edib və gələcək fəaliyyət istiqamətləri haqqında danışıb.

Fuad Muradov Şuranın sədrliyi dövründəki uğurlu işinə görə təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR