Təhsil Nazirliyi "Zoologiya 7-8" dərs vəsaitini nəşr edib

Təhsil Nazirliyi "Zoologiya 7-8" dərs vəsaitini nəşr edib
# 04 fevral 2012 08:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil Nazirliyi "Zoologiya 7-8" dərs vəsaitini çap etdirib. Nazirlikdən APA-ya verilən məlumata görə, "Bakı" nəşriyyatının "İnnovativ tədris vəsaitləri" seriyasına daxil olan dərslik Təhsil Nazirliyinin qrifi ilə çapdan çıxıb.

Yaşar Seyidli, Qiyas Quliyev və Xumar Əhmədbəylinin müəllifliyi ilə hazırlanan "Zoologiya 7-8" vəsaiti Təhsil Nazirliyinin 2011-ci ildə keçirdiyi dərslik müsabiqəsinin qaliblərindəndir. Vəsaitin əsas xüsusiyyəti onun tədris proqramına tam uyğun olmasıdır. Nazirlikdən bildirilib ki, ilk dəfə tətbiq olunan yeni tərtibat - illüstrativ kompozisiyalar, erqonomik dizayn, sual və tapşırıqlar, terminlərin qısa şərhi, elektron nəşrlərlə işləmək imkanı, laboratoriya işləri və test nümunələri tədris materialının şagird tərəfindən mənimsənilməsinə faydalı yardımçı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR