Ötən il “Melli İran Bankı”nın Bakı filialının depozitləri kəskin azalıb

Ötən il “Melli İran Bankı”nın Bakı filialının depozitləri kəskin azalıb
# 14 fevral 2012 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Melli İran Bankı”nın Bakı filialının aktivlərinin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 73,768 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 38% çoxdur.

Filialdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində filialın kredit portfeli 13% azalaraq 8,870 mln. manat, depozit portfeli 36% azalaraq 2,784 mln. manat olub. Həmçinin məcmu kapitalı 60% artaraq 21,930 mln. manat, o cümlədən nizamnamə kapitalı 53% artaraq 22,409 mln. manat təşkil edib.

Bu müddət ərzində filialın ümumi gəlirləri 32% azalaraq 2,964 mln. manat, o cümlədən faiz gəlirləri 38% azalaraq 2,559 mln. manat, qeyri-faiz gəlirləri 69% artaraq 405 min manata çatıb. Bununla yanaşı, filialın məcmu xərcləri 63% azalaraq 2,003 mln. manat, o cümlədən faiz xərcləri 69% azalaraq 458 min manat, qeyri-faiz xərcləri isə 61% azalaraq 1,546 mln. manat olub. Nəticədə filialın 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 960 min manat təşkil edib.

Onu da qeyd edək ki, 2010-cu ili bank 1,059 mln. manat zərərlə başa vurub. Təhlil aparılan dövr ərzində faiz mənfəəti 21% azalaraq 2,101 mln. manat, qeyri-faiz zərəri isə 69% azalaraq 1,141 mln. manat olub.

Xatırladaq ki, “Melli İran Bankı”nın Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR