Rusiya XİN nümayəndəsi: “Biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq”

Rusiya XİN nümayəndəsi: “Biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq”
# 02 mart 2012 11:35 (UTC +04:00)
Dünyada buna oxşar münaqişələr çox olub. Amma tələsərkən problem qeyri-siyasi yolla həll olunur. Əlbəttə, biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq. Amma bu problemin həllində böyük səbir lazımdır. Bunu Rusiya rəhbərliyi də dəfələrlə qeyd edib”. Bunu APA-ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Stavropol diyarı üzrə nümayəndəsi Leonid Filimonov deyib.

L. Filimonov Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun da çalışdığını qeyd edərək, “Düşürəm ki, Rusiyanın Minsk Qrupu çərçivəsində gördüyü işlər öz nəticəsini verəcək” söyləyib.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə suala isə XİN nümayəndəsi belə cavab verib: “İran və Azərbaycan arasında son zamanlar yanan gərginlik səngiməlidir. Bütün dünya çalışmalıdır ki, İranda hər hansı kataklizmlər baş verməsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR