Azərbaycanın Belçikadakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş fotosərgi keçirilib

Azərbaycanın Belçikadakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş fotosərgi keçirilib
# 07 mart 2012 23:48 (UTC +04:00)
Brüssel. Viktoriya Dementyeva-APA. Martın 7-də Azərbaycanın Belçikadakı səfirliyində Xocalı hadisələrinə həsr olunmuş fotosərgi keçirilib. APA-nın məlumatına görə, «Qarabağ harayı fotolarda» adlı sərgidə «Azərtac» agentliyinin fotoqrafı İlqar Cəfərovun Xocalı hadisələrindən sonra, həmçinin Ağdam və Kəlbəcərdə çəkdiyi 60-dan çox şəkil nümayiş olunub.

Sərgini açan Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov bəyan edib ki, 1992-ci il fevralın 26-da baş vermiş və 600-dən çox insanın, o cümlədən qocalar, qadınlar və uşaqların öldürüldüyü Xocalı hadisələri ölkəmizin tarixində faciəli səhifədir.

O sərginin Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin səfəri çərçivəsində keçirilir.

Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Belçika parlamentinin bir sıra deputatları fotosərgi ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR