Qobustan Tarixi-Bədii Qoruğunun yeni tikilən muzey və inzibati bina kompleksi istifadəyə verilib - FOTOSESSİYA

Qobustan Tarixi-Bədii Qoruğunun yeni tikilən muzey və inzibati bina kompleksi istifadəyə verilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 mart 2012 16:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qobustan Tarixi-Bədii Qoruğunun yeni tikilən muzey və inzibati bina kompleksinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir.
Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına veriləcək. Muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılıb. Kitabxana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir. Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal yaradılıb və burada 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanılıb.

Mərasimi giriş nitqi ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev qoruğun əhəmiyyəti barədə danışaraq dövlətin tarixi abidələrin qorunması istiqamətində gördüyü işlərə diqqət yönəldib.
Sonra muzey kompleksin açılışı olub və yeni inzibati korpusa baxış keçirilib. Tədbir qoruğun “Böyük dağ” adlanan hissəsində konsertlə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR