İtkin düşən Qusar rayon sakininin meyiti Samur-Abşeron kanalından tapılıb

İtkin düşən Qusar rayon sakininin meyiti Samur-Abşeron kanalından tapılıb
# 20 aprel 2012 08:37 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Samur-Abşeron kanalının Qusar rayonu, Kuxuroba kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb. Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, cəsədin bu ilin mart ayının 23-də itkin düşən Qusar rayon sakini, 1970-ci il təvəllüdlü Elvan Nurməhəmməd oğlu Bədəlova məxsus olduğu aşkarlanıb. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR