Fövqəladə Hallar Nazirliyi «Gənc xilasedici və yanğınsöndürən» zona yarışlarına start verib

Fövqəladə Hallar Nazirliyi «Gənc xilasedici və yanğınsöndürən» zona yarışlarına start verib
# 21 aprel 2012 10:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə «Gənc xilasedici və yanğınsöndürən» zona yarışlarına start verilib.

APA-nın məlumatına görə, yarışda Sumqayıt, Xızı, Abşeron və Qubadlı rayon orta məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak edib. Yarışın sonunda I, II və III yeri tutan komandalar kubok və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

FHN-in Fövqəladə halların xəbərdar edilməsi və monitorinq İdarəsinin rəisi, polkovnik-leytenant Məhbubə Mustafayeva jurnalistlərə açıqlamasında bildirib ki, yarış orta və ümumtəhsil müəssisələrin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub. O, növbəti zona yarışlarının Gəncə şəhəri, Xaçmaz, Yevlax, Ağdam, Qəbələ, Salyan və Lənkəran rayonlarında keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR