Azərbaycan prezidenti Kurqan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Kurqan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 23 aprel 2012 12:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib.

Dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İ. Əliyev Azərbaycanla Rusiyanın ayrı-ayrı subyektləri arasında yaxşı əməkdaşlığın qurulduğunu bildirərək, bunun ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR