Bu ilin I rübündə «IBA-Express» təcili pulköçürmə sistemi ilə 10,6 min transaksiya aparılıb
11 may 2012 12:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) «IBA-Express» təcili pulköçürmə sistemi vasitəsi ilə 2012-ci ilin I rübündə 10,6 min transaksiya aparılıb. Bu barədə «APA-Economics»ə ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, burada pul köçürmələri dollar, rubl və avro ilə həyata keçirilə bilər və beləliklə konvertasiyanın aparılmasına zərurət olmur. Bu sistem vasitəsi ilə pul köçürmələri 5-10 dəqiqə ərzində aparılır, komisyon haqqı isə 1% təşkil edir.
Bu ilin I rübündə ölkəyə 11,44 mln. dollar həcmində 8 755 transaksiya, 35,5 mln. rubl həcmində 1 246 və 134 min avro həcmində 141 transaksiya həyata keçirilib. Həmin müddət ərzində ölkədən 3,7 mln. dollar həcmində 485 transaksiya, 574 min rubl həcmində 34 transaksiya, 13 min avro həcmində 11 transaksiya aparılıb.
Xatırladaq ki, «IBA-Express» sistemi Azərbaycan və Rusiya arasında pul mübadiləsinin genişlənməsi məqsədi ilə ABB tərəfindən 2009-cu ildə tətbiq edilib. Bu xidmətlə Moskva, Sankt-Peterburq və Yekaterinburqda yararlanmaq olar. Bundan əlavə, həmin xidmət artıq «ABB-Gürcüstan» vasitəsi ilə də təklif olunur.

Maliyyə
"Kapital Bank"ın dəstəyi ilə “My Technology” layihəsinə start verilib
16:23
13 may 2024
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
14:18
13 may 2024
Azərbaycanda inflyasiya 0,7%-ə enib
12:21
13 may 2024
“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan MR-nın 100 illiyinə həsr olunub
09:39
13 may 2024