Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 12 may 2012 09:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərinin Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində «Mercedes» markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində keçinib, sürücü isə saxlanılaraq məsuliyyətə cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR