Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
# 16 may 2012 09:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakı və Abşeron yarımadasında mayın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR