Gəncədə yanğın baş verib

Gəncədə yanğın baş verib
# 05 iyun 2012 09:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Gəncədə yaşayış evində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birotaqlı evin tavanı 10 kv.m sahədə yanıb. Nəticədə evdə olan 1 nəfər azyaşlı uşaq yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR