“Air Astana” MDB və Şərqi Avropada ən yaxşı aviaşirkət elan edilib

“Air Astana” MDB və Şərqi Avropada ən yaxşı aviaşirkət elan edilib
# 07 iyun 2012 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Qazaxıstanın “Air Astana” aviaşirkəti MDB və Şərqi Avropada ilk dəfə olaraq “Skytrax World Airline Awards 2012” mükafatının 4 ulduzuna layıq görülərək, “British Airways”, “Emirates”, “Etihad”, “Lufthansa”, “Qantas” və “Thai Airways” kimi 4 ulduzlu şirkətləri ilə birlikdə müştərilərə xidmət səviyyəsinə görə dünyanın ən yaxşı aviaşirkəti hesab olunub. Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Qeyd edək ki, 2009-cu ildə şirkət 3 ulduz səviyyəsində qiymətləndirilib, 2010-cu ildə isə “Şərqi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyasında 3-cü yerini tutub. Ötən il şirkət bu nominasiyasında 2-ci yerini tutub.

“Skytrax” reytinq agentliyinin auditi hər şirkətin xidmətlərinin 800 müxtəlif aspektlərini əhatə edir və nəticədə 1 ulduzdan 5 ulduza qədər reytinq verilir. Dünyanın əksər aviaşirkətləri 3 və 4 ulduzlara, yalnız 5 aviaşirkət 5 ulduza sahibdir.

“Ötən ay “Air Astana” marşrut şəbəkəsinin genişləndirilməsi ilə 10 illiyini qeyd edib və “Skytrax” agentliyinin bu 4 ulduzluq reytinqi aviaşirkətimizin tərəqqisini bir daha sübut edir. Ən yüksək qiymətə layıq görülən sərnişinlərin xidmət səviyyəsi, yeni avialaynerlər və bir sıra yeni perspektiv marşrutları 2012-ci ili “Air Astana” üçün həqiqətən möhtəşəm edir. Biz sərnişinlərimizə verilən yüksək qiymətə görə dərin təşəkkürümüzü bildiririk”, - deyə şirkətin prezidenti Piter Foster bildirib.

Qeyd edək ki, “Air Astana” ilk reysi 2002-ci ilin mayın 15-də həyata keçirib və hazırda Almatı, Astana və Atıraudan 50-dən çox daxili və beynəlxalq marşrutlar üzrə reyslər həyata keçirir. Bu gün şirkətin aviaparkında “B767-300”, “V757-200”, “A321”, “A320”, “A319”, “E-190” və “F50” tipli 26 təyyarə var.

“Air Astana” Hava Nəqliyyatı Beynəlxalq Assosiasiyasının (IATA) tamhüquqlu üzvüdür. Şirkət “Samruk Kazına” Milli Rifah Fondu (51%) və Britaniyanın “BAE Systems PLC” şirkəti (49%) arasında müştərək müəssisədir. “Air Astana” Avropa aviasiya təhlükəsizliyi üzrə agentliyinin “Part-145” standartlarına uyğun hava nəqliyyatı vasitələrinə texniki xidmət göstərilməsinə sertifikat almış Qazaxıstanın aviaşirkətlərindən biridir. Ötən ilin sentyabrında IOSA istifadə təhlükəsizliyi üzrə üçüncü illik auditi heç bir nöqsan aşkarlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR