Azərbaycan musiqiçiləri Macarıstanda keçiriləcək 17-ci ənənəvi Beynəlxalq Dunay karnavalında çıxış edəcəklər

Azərbaycan musiqiçiləri Macarıstanda keçiriləcək 17-ci ənənəvi Beynəlxalq Dunay karnavalında çıxış edəcəklər
# 08 iyun 2012 11:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. İyunun 10-dan 17-nə qədər Macarıstanın paytaxtında 17-ci ənənəvi Beynəlxalq Dunay karnavalı keçiriləcək. Azərbaycanın Macarıstandakı Səfirliyindən APA-ya verilən məlumata görə, Çin, Hindistan, Ukrayna, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Rumıniya və Macarıstandan gəlmiş 300 nəfərdən çox sənət adamı bir həftə müddətində macar tamaşaçıları qarşısında çıxış edəcəklər. Bu il Azərbaycan sənətçiləri də ilk dəfə olaraq bu musiqi və mədəniyyət bayramına qatılacaqlar.

Beynəlxalq Dunay karnavalında ölkəmizi Gəncə Filarmoniyasının “Göy göl” mahnı və rəqs ansamblı ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Teatrının solistləri təmsil edəcəklər. Karnaval günlərində eyni zamanda Budapeştin mərkəzindəki məşhur tarixi körpünün adını daşıyan Ceyn Bric beynəlxalq folklor rəqsləri yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaq. Dunay karnavalı iyunun 17-də Margit adasındakı Açıq hava teatrında minlərlə tamaşaçının iştirak etdiyi yekun konserti ilə tamamlanacaq. Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə iyunun 12-də Budapeştin mərkəzindəki “Duna Palota” sarayında Azərbaycan gecəsi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR