Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüblər

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüblər
# 13 iyun 2012 15:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşüblər. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, qonaqlara Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi istiqamətində görülən işlərdən söhbət açıb.

S. Seiydov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon qaçqının hüquqlarının pozulduğunu və beynəlxalq qurumların bu məsələyə lazımi diqqət göstərmədiyini qeyd edib. O, Azərbaycanın Avropa Şurası ilə ikitərəfli əlaqələrinin bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Pedro Aqramunt Font de Mora səmimi görüşə görə minnətdarlığını bildirib. Söhbət ikitərəfli dialoq şəkilində davam etdirilib. Qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli ilə də görüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR