Sergey Narışkin Azərbaycan Milli Məclisində olub - FOTO

Sergey Narışkin Azərbaycan Milli Məclisində olub - <font color=red>FOTO</font>
# 09 iyul 2012 13:17 (UTC +04:00)
APA-nın məlumatına görə, onu Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlcə O. Əsədovla S. Narışkin arasında təkbətək görüş olub, daha sonra görüş geniş tərkibdə davam etdirilib.

Bildirilib ki, ölkələr arasında 160-dan çox sənəd imzalanıb. Bu sənədlər əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən il 2,8 milyard ABŞ dollarından çox olub. Bu gün Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda Rusiya Kitab Evi yaradılıb. Respublikada 500-ə yaxın rusdilli məktəb fəaliyyət göstərir.

Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi regional layihələr barədə məlumat verən O. Əsədov deyib ki, bu inkişafa ciddi maneə olan səbəblər də var: “Onlardan ən başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”. Rusiyanın bu problemin həllindəki vasitəçilik rolunu xüsusi vurğulayan O. Əsədov ümidvar olduğunu bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi Rusiya problemin aradan qaldırılmasında səylərini artıracaq, yaxın zamanlarda münaqişə beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaq.

S. Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar başsağlığına, eləcə də Bakıdan göndərilən humanitar yardıma görə Azərbaycan dövlətinin başçısına, parlamentinə və xalqına minnətdarlığını bildirib.

S. Narışkin dövlətlər arasında əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd edib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Biz bütün imkanlardan istifadə edərək siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizi daha da möhkəmləndirməli və inkişaf etdirməliyik”.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR