Son bir ildə Azərbaycanın inşaat və əmlak sektorunda verilən kreditlər 42% artıb

Son bir ildə Azərbaycanın inşaat və əmlak sektorunda verilən kreditlər 42% artıb
# 20 iyul 2012 13:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda verilən istehlak kreditlərinin həcmi 30% artıb.

«APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ticarət və xidmət sektorunda kreditlərin həcmi 437,3 mln. manat və ya 18,3%, kənd təsərrüfatında 67,7 mln. manat və ya 15,8%, inşaat və əmlak sektorunda 281,3 mln. manat və ya 42%, sənaye və istehsal sektorunda 104,2 mln. manat və ya 20,5% artıb.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər isə 28,6 mln. manat və ya 9,8%, nəqliyyat və rabitə sektorunda 40 mln. manat və ya 8,6% azalıb. Son bir ildə əhaliyə verilən istehlak kreditləri 861,6 mln. manat və ya 30% artıb. Ölkə əhalisinin sayını nəzərə alanda ölkədə adambaşına düşən istehlak kreditinin məbləği 401 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR