Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən əməliyyat olunub

Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən əməliyyat olunub
# 25 avqust 2012 09:59 (UTC +04:00)
Xalq artistinin prodüseri Lamiyə Ələkbərova APA-ya bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasında bu gün saat 7.30-da başlayan əməliyyat saat 5 saatadək davam edib və uğurlu olub. O, İ. Quliyeva üzərində açıq ürək əməliyyatı aparıldığını deyib.

Əməliyyat müddətində müğənninin yaxınları da xəstəxanada olublar. Prodüserin sözlərinə görə, İ. Quliyeva iki gün reanimasiya şöbəsində qalandan sonra palataya köçürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR