Qırğızıstanda 1 kiloqram heroinlə saxlanan azərbaycanlı qadın dəlixanadan qaçıb

Qırğızıstanda 1 kiloqram heroinlə saxlanan azərbaycanlı qadın dəlixanadan qaçıb
# 15 oktyabr 2012 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, Qırğızıstan Gömrük Müfəttişliyinin əməkdaşları oktyabrın 12-də Oş aeroportunda 974 qram heroini Rusiyaya aparmağa hazırlaşan Azərbaycan vətəndaşını həbs ediblər. Məhkəmə-tibbi ekspertizası saxlanan qadının anlaqsız olduğu qənaətinə gəlib və o, Kızıl-Jara psixonevroloji dispanserinə müalicəyə göndərilib. DİN dispanserin baş həkiminin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və qadının dispanserdən qaçmasına şərait yaratdığını bildirir. Hazırda azərbaycanlı qadının axtarışı davam edir. Onun qaçmasına şərait yaradan baş həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə etmək maddəsi ilə cinayət işi başlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR