Azərbaycanın seysmik gərginlik olan bölgələrinin adı açıqlanıb

Azərbaycanın seysmik gərginlik olan bölgələrinin adı açıqlanıb
# 22 oktyabr 2012 13:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində profillər üzrə geofiziki araşdırmalar Balakən və Şamaxı rayonlarında seysmik gərginliyin güclü olduğunu göstərib: “Bu rayonlarda gərginlik hələ də var. Azərbaycanın cənub bölgəsində - Lerikdə aktiv dərinlik qırılması olduğundan həmin ərazidə də seysmik aktivlik müşahidə olunur”.

Q. Yetirmişli deyib ki, hazırda Kür çökəkliyində, Azərbaycanın qərb bölgəsində nisbi sakitlikdir: “Naxçıvan ərazisinə İranda olan zəlzələlər təsir edir. Amma Muxtar Respublikada güclü aktivlik yoxdur, burda aktivlik fon səviyyəsindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR