Səhlab Bağırov: “İctimai Palatanın Milli Məclisin qarşısında aksiya keçirməsinə imkan verilməyəcək”

Səhlab Bağırov: “İctimai Palatanın Milli Məclisin qarşısında aksiya keçirməsinə imkan verilməyəcək”
# 01 noyabr 2012 08:27 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı müraciətə cavab verib. İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmək istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib.

G. Aslanlı qeyd edib ki, İP aksiyanı keçirməkdə israrlı olduğundan BŞİH-in cavabını qəbuledilməz sayır. O bununla bağlı yaxın iki gün ərzində İP-də ayrıca müzakirələrin aparılacağını da deyib.

Qeyd edək ki, İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR