İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb

İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb
# 20 fevral 2012 07:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Fevralın 19-da səhər saatlarında İran Silahlı Qüvvələri yeni hərbi manevrlərə başlayıb. APA-nın məlumatına görə, “Vəlfəcr” adlanan təlimlər Mərkəzi Səhra, Yəzd şəhəri və onun ətrafında keçirilir. Hərbi manevrlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) quru qoşunları və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) “İmam Hüseyn” batalyonu iştirak edir. “Sepah”ın quru qoşunlarının komandanı, general-mayor Məhəmməd Pakpur deyib ki, hərbi manevrin məqsədi ordunun müdafiə qabiliyyətini artırmaq, yeni taktik gedişlərin icrası, yeni təchizat və sursatın istifadəsidir: “Manevrin iştirakçısı olan qüvvələrimiz bütün təhdidlərə və ola biləcək hücumlara qarşı hazırlıqlı olduqlarını düşmənə nümayiş etdirəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR