Dövlət Komitəsinin sədri: “Xaricdə dini təhsil almış gənclərin əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevriliblər”

Dövlət Komitəsinin sədri: “Xaricdə dini təhsil almış gənclərin əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevriliblər”
# 29 fevral 2012 13:50 (UTC +04:00)
Burada isə ilk növbədə, dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır. Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunub. Amma təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevriliblər. Bu baxımdan, milli ideologiyamıza sadiq gənc, vətənpərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

O bildirib ki, adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır: “Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə ictimai şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından uğurla keçərək özünü doğruldub, günün reallıqları ilə ayaqlaşan, sosial münasibətlərə müsbət təsir göstərən və müəyyən dərəcədə ictimai münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdəndir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR