Bakıda Azərbaycan-Koreya sənaye forumu keçirilib

Bakıda Azərbaycan-Koreya sənaye forumu keçirilib
# 24 aprel 2012 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) təşkilatçılığı ilə Azərbaycan-Koreya sənaye forumu keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə SEN-in, Koreyanın Bilik və İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) və Koreya Sənaye Avadanlıqları İstehsalçıları Assosiasiyasının (KOKIA) rəsmiləri iştirak edib.

Tədbirdə iki ölkə arasında sənaye əməkdaşlığının perspektivləri müzakirə olunub. Eyni zamanda Azərbaycan tərəfi Azərbaycanın sənaye inkişafının planına dair təqdimat, Koreya tərəfi isə ticarət və layihələrin maliyyələşdirilmə proqramının təqdimatını keçirib. Öz növbəsində Azərbaycan Dövlət Neft Şirkəti neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin icmalını təqdim edib.

Tədbir çərçivəsində KOKIA ilə ASK arasında anlaşma memorandumu imzalanıb, Azərbaycan və Koreya şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR